RU

Olavio Juninyo “Qarabağ”da KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan “Qarabağ” uzun çəkən hücumçu transferini bitirib.

KONKRET.az sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu “Flamenqo”ya satdığı Olavio Juninyonu geri qaytarıb.

Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib.

29 yaşlı forvard yenidən “Qarabağ“ın formasını geyinəcək.

Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.

2023-cü ilin yayından “köhlən atlar”ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.

O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.

Juninyo “Qarabağ”la ölkə çempionu və kubokunun qalibi olub. Hücumçu bu ilin yanvar ayında “Flamenqo”ya beş milyon avroya satılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
25
konkret.az

10Источники