RU

Gülər Sultanzadə:: “Ulu Öndər Heydər Əliyevin Naxçıvanda verdiyi qərarlar ölkənin ali qanunverici orqanının fəaliyyətinin düzgün istiqamətlənməsində əsas rol oynayıb”



“Nə qədər təzadlı səslənsə də, 1991-ci ildə Azərbaycanı inkişafa, yüksəlişə aparan yolun əsası həmin dövrdə özü ağır blokada vəziyyətində yaşayan Naxçıvanda qoyulub. Həmin ilin 3 sentyabr tarixində Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu hal qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə meydan açıb. Ümummilli Lider Heydər Əliyevin parlaq siyasi fəaliyyətinin1990-1993-cü illəri əhatə edən “Naxçıvan dövrü”, həmin dövrdə dahi rəhbərin iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən önəmli səhifələrini təşkil edir. Birmənalı olaraq deyə bilərik ki, bu həlledici illər həm Muxtar Respublikanın, həm də bütün Azərbaycanın gələcək müqəddəratını həll etmiş mühüm hadisələrlə zəngin olmuşdur. Ulu Öndər Heydər Əliyev Ali Məclisin sədri vəzifəsinin icrasına başlayandan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu. Bununla da Ulu Öndər o dövrdə blokada şəraitində yaşayan Naxçıvanın faktiki olaraq mövcudluğuna qarşı yönəlmiş təhdidləri aradan qaldırdı, orada sabitliyə və daha sonra dirçəlişə, inkişafa nail oldu.”



Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.


Daha sonra Gülər Sultanzadə Ulu Öndər Heydər Əliyevin Naxçıvanda verdiyi qərarların ölkənin ali qanunverici orqanının fəaliyyətinin də düzgün istiqamətlənməsində əsas rol oynadığını xüsusi vurğulayıb: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirildi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın Dövlət bayrağı olaraq təsdiq edildi. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı. Beləliklə, yeni ictimai-siyasi münasibətlərin formalaşdırılması dövründə dövlətçilik ənənələrinin qorunması məsələsi bilavasitə Ümummilli Liderimizin adı ilə bağlıdır.” – deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Избранный
10
aia.az

1Источники