Bakı, 2 sentyabr, AZƏRTAC
Türkiyənin "Fənərbağça" komandası iki futbolçusunu mövsümün sonuna qədər İspaniya klublarına icarəyə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qapıçı Dominik Livakoviç “Jirona”da, yarımmüdafiəçi Sofyan Amrabat isə “Real Betis”də çıxış edəcək.