RU

DİQQƏT- Bu ərazilərdə işıq olmayacaq

Bu gün Xırdalan şəhəri, Masazır və Qobu qəsəbələrinin bir hissəsində işıq olmayacaq.
Azərişıq ASC-dən verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyətin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində bu gün təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Xırdalan şəhəri Əhməd Cavad, Tofiq Bayramov, Vəli Axundov küçələri, Heydər Əliyev prospektinin bir hissəsi, saat 10:00-dan 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Həzi Aslanov, Hüseyn Arif küçələri, Qobu qəsəbəsi Kərpic zavodun ətrafında yerləşən yaşayış yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bildirilib ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Избранный
43
19
onn.az

10Источники