RU

Min nəfər həlak olub, yalnız bir nəfər sağ qalıb- Sudanda dəhşətli torpaq sürüşməsi

Sudanın qərbində, Marra dağları bölgəsində baş verən torpaq sürüşməsi bütün kəndi yerlə-yeksan edib. AzPost xəbər verir ki, faciə nəticəsində min nəfərdən çox insan həlak olub, yalnız bir nəfər sağ qalıb.

Məlumatı bölgəni nəzarətdə saxlayan Sudan Azadlıq Hərəkatı/Ordusu (SPLM/A) yayıb. Bildirilib ki, avqustun otuz birində güclü yağışlardan sonra torpaq sürüşməsi kəndi tamamilə dağıdıb və bütün sakinlər dağıntılar altında qalıb.

Hərəkatın lideri Abdelvahid Nur açıqlamasında qeyd edib ki, kənd hazırda “tamamilə xəritədən silinib” və yüzlərlə qadın, kişi və uşaq torpaq altında qalıb. Təşkilat BMT və beynəlxalq humanitar qurumlara müraciət edərək, yardım və dəfn işlərində dəstək istəyib.

Hadisə fonunda Darfur bölgəsində humanitar fəlakət elan olunub. Bölgə qubernatoru Minni Minnavi bu faciəni “regional çərçivəni aşan humanitar tragediya” adlandırıb və beynəlxalq təşkilatları təcili müdaxiləyə çağırıb.

Qeyd edək ki, Sudanda artıq üç ildir davam edən vətəndaş müharibəsi ölkəni dərin humanitar böhranla üz-üzə qoyub. Darfurda aclıq hökm sürür, beynəlxalq təşkilatların bölgəyə çıxışı isə davam edən döyüşlər səbəbindən ciddi şəkildə məhdudlaşıb.

AzPost.az

Избранный
27
1
azpost.info

2Источники