RU

"Qarabağ" İspaniya klubundan dəvət etdiyi vingeri bu problemə görə oynatmır!

"Qarabağ" avqustun 3-də növbəti transferini rəsmiləşdirdi.

Ağdam təmsilçisi ötən mövsüm İspaniyada “Rayo Valyekano”nun formasını geyinən Joni Montieli heyətinə qatdı. Onunla 2+2 illik müqavilə imzalandı. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək. Amma nə vaxt? Aradan keçən 1 ay ərzində meydana çıxmayan, adı oyunların iştirak ərizəsinə salınmayan prineylinin kənarda qalmasının səbəbi nədir? Cəmi bir neçə gün öncə Azərbaycana təşrif buyuran kolumbiyalı yarımmüdafiəçi Kamilo Duran «Karvan»la Premyer Liqanın üçüncü tur matçında (2:0) bu fürsəti yaxaladı, bəs Montiel?
Aldığımız məlumata görə, ispanın tribunada əyləşməsi xeyli artıq çəkidən əziyyət çəkməsi ilə əlaqədardır. Belə ki, iyun və iyul aylarında az məşq etmiş legioner ideal formadan uzaqdır. Əlavə olaraq dörd-beş kilo «yığıb». Qurban Qurbanov daha 10-12 gün ona vaxt verib. Bu müddətdə çalışıb özünə gəlməlidir. Baş məşqçinin göstərişi ilə o, hər gün tərəzinin üstünə qalxır.
26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos”da icarədə olub. İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.
SPORTİNFO.AZ

Избранный
15
sportinfo.az

1Источники