RU

Braziliyalı ulduzun İstanbul nəhənginə keçidi rəsmən açıqlandı

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Braziliyalı qapıçı Ederson Moraes “Mançester Siti”dən ayrılaraq Türkiyənin “Fənərbağça” klubuna keçib. 

Fanat.Az xəbər verir ki, keçidi klubun rəsmi saytı açıqlayıb. 

Onunla 3+1 illik müqavilə imzalanıb. Türkiyə mətbuatı "Fənərbağça"nın braziliyalıya hər il üçün 11 milyon avro ödəyəcəyini bildirir.

Qeyd edək ki, 32 yaşlı qolkiper Pep Qvardiolanın rəhbərliyi altında 18 mükafat qazanaraq İngiltərə klubunun tarixinin ən uğurlu oyunçularından biridir. 2017/18 mövsümü ərəfəsində Mançesterə gələn Ederson bütün yarışlarda 372 oyun keçirib, 311 qol buraxıb və 168 qapını təmiz saxlayıb. O, Braziliya millisində də 29 oyun keçirib.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
fanat.az

2Источники