RU

IRU 2050-cı ilə qədər avtonəqliyyatın karbonsuzlaşdırılması üzrə yol xəritəsi təqdim edib (ÖZƏL)

Bakı. Trend:

“IRU Green Compact” nəqliyyat sahəsinin qlobal karbonsuzlaşdırmahədəflərinə nail olması üçün aydın bir yol xəritəsinimüəyyənləşdirir və eyni zamanda insanlar, icmalar və biznes üçünnəqliyyat xidmətlərini təmin etməyə davam edir.

Bunu Trend-əverdiyi özəl müsahibədə IRU baş katibi Umberto de Prettobildirib.

“TIR sisteminin sərhədlərin kəsişdiyi zonalarda CO2emissiyalarını 90%-ə qədər ixtisar etməyə imkan verdiyi sübutolunub. “Green Compact IRU” CO2 emissiyalarının ölçülməsi ilə bağlıwell-to-wheel (enerji mənbəyindən çarxa kimi) kimi kompleksyanaşmadan istifadə etməklə beş əsas istiqamətdə götürülən ölçüləritədqiq edir, sistemləşdirir və izləyir. Birinci istiqamətalternativ yanacaq növləridir – elektrik, hidrogen, biodizel,bioqaz və e-yanacaq da daxil olmaqla aşağı və sıfır karbonlu enerjimənbələrinin sürətlə tətbiqi”, – deyə baş katib qeyd edib.

O, səmərəli logistikanın – rəqəmsallaşdırma, avtomatlaşdırma,intellektual marşrut planlaşdırması, ekoloji yük maşınlarınınistifadəsi və daşımaların vaxtının optimallaşdırılmasınınvacibliyini vurğulayıb.

Onun sözlərinə görə, enerji baxımından səmərəli nəqliyyatanəqliyyat vasitələrinin materiallarının və konstruksiyasının -təkərlərin, mühərriklərin, sürtgü yağlarının təkmilləşdirilməsi vəavtoparkın yenilənməsi daxildir.

“Biz effektiv sürücülərin roluna – o cümlədən, monitorinq,təlim, ixtisasartırma və sertifikatlaşdırma məsələlərinə böyükdiqqət ayırırıq. Bundan az əhəmiyyətli olmayan məsələ isə kollektivmobilliyin inkişafıdır: inteqrasiya olunmuş biletlərin vəcədvəllərin tətbiqi, xidmət tezliyinin artırılması, terminallarınvə infrastrukturun inkişafı, eləcə də dayanıqlı hərəkətformalarının təşviqidir”, – de Pretto bildirib.

O vurğulayıb ki, IRU üzvləri 2050-ci ilə qədər nəqliyyatsektorunda sıfır karbon səviyyəsinə nail olmaq öhdəliyiniüzərlərinə götürüblər.

“Lakin müxtəlif ölkə və regionlarda nəqliyyat və enerjivəziyyəti əhəmiyyətli dərəcədə fərqli olur. Bir ölkədə karbonneytrallığına nail olmağa kömək edən həllər başqa ölkə üçün uyğunolmaya bilər. Bu, həm qonşular, həm də müxtəlif qitələrdə yerləşəndövlətlər üçün eyni dərəcədə keçərlidir”, – baş katib əlavəedib.

De Prettonun sözlərinə görə, məhz buna görə də “Green Compact”məlumatların toplanmasında, həllərin sınaqdan keçirilməsində vəmiqyaslandırılmasında regional çevikliyə əsaslanır. Hazırkıaraşdırmalar əsasında dünyanın bütün regionlarında, bütün avtomobildaşımaları növlərində və siyasətin müxtəlif inkişaf səviyyələrindətətbiq edilə biləcək yeni modellər və alətlər hazırlanır.

“Green Compact şirkətlərə və dövlət qurumlarına nəqliyyatınkarbonsuzlaşdırılması və dayanıqlı siyasətin planlaşdırılması üçüniki əsas alət təklif edir. Birinci alət – Alternativ Yanacaq vəEnerji Səmərəliliyi Modeli (AFEM) – dinamik nəqliyyat vasitəsihərəkətini təqlid edən modeldir. O, yürüş dövrlərini, sürücü vəavtomobil xüsusiyyətlərini nəzərə alaraq hərəkət dinamikasınımodelləşdirir. AFEM CO₂ emissiyalarını və enerji istehlakınıqiymətləndirməyə imkan verir ki, bu da müxtəlif güc qurğularını vəhəlləri operativ şəkildə müqayisə etməyə şərait yaradır”, – odeyib.

Baş katibin sözlərinə görə, ikinci alət isə Karbonsuzlaşdırmaüzrə Yol Xəritəsi Markeridir (DRM) – avtomobil yükdaşımalarda illikCO₂e emissiyalarını hesablamaq üçün proqram təminatıdır. DRM yükdövriyyəsi haqqında məlumatlardan istifadə edərək müxtəlif tipliyük maşınları, yüklənmə dərəcəsi və hərəkət dövrləri ilə virtualreyslər yaradır. O, logistikanın virtual reyslərə təsirini vətexnologiyaların hərəkət fizikasinə təsirini AFEM ilə inteqrasiyahesabına nəzərə alır. Bu alət keçmiş emissiya mexanizmlərini təhliletməyə və karbonsuzlaşdırma üzrə yol xəritələrini modelləşdirməyəimkan verir.

Onun sözlərinə görə, gələcəkdə bunun daha damükəmməlləşdirilməsi üçün bir neçə istiqamət mövcuddur. Xüsusilə,hüquqi parçalanmanı aradan qaldırmaq, rəqəmsallaşdırmanı inkişafetdirmək (bu isə multimodal dəhlizlərdə interoperabelliyinartırılmadan mümkün deyil) və tədarük zəncirlərinin dayanıqlılığınıtəmin etmək vacibdir.

De Prettonun fikrincə, eyni zamanda Xəzər dənizinə də diqqətyetirmək lazımdır. Onun səviyyəsinin enməsi regionun nəqliyyatsabitliyi üçün narahatedici siqnaldır. Bu, yükdaşımalarınhəcmlərinə təsir göstərir. Bundan başqa, Xəzər dənizi fırtınalaraçox həssasdır ki, bu da obyektiv olaraq RO-RO və RO-PAX xətlərininpotensialını və dayanıqlılığını məhdudlaşdırır.

Məqalədə:
Избранный
140
1
az.trend.az

2Источники