Azərbaycanın paralimpiya çempionu Şəhanə Hacıyeva Fövqəladə Hallar Nazirliyində (FHN) yeni vəzifəyə təyin edilib.
Fanat.Az xəbər verir ki, Şəhanə Hacıyeva FHN-nin Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi postuna gətirilib.
Qeyd edək ki, Şəhanə Hacıyeva (48 kq) 2021-ci ildə Tokio Yay Paralimpiya Oyunlarında cüdo yarışında qızıl medal qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli sərəncamına əsasən, o, XVI Yay Paralimpiya Oyunlarında əldə etdiyi uğurlarına və Azərbaycan idmanına göstərdiyi xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.