RU

Azərbaycanın ən güclü komandasında transfer dəyəri xeyli artdı

"Qarabağ"ın 2022-ci ildə "Hapoel Təl-Əviv"dən 250 min manata transfer etdiyi Marko Yankoviçin dəyəri 750 min avroya yüksəlib.

Sportinfo.az "Transfermarkt" portalına istinadən xəbər verir ki, futbolçunun karyerasında ən bahalı transfer məbləği "Partizan"da çıxış etdiyi 2018-ci il mövsümünə təsadüf edir.

Yankoviç daha sonra İtaliyanın C Seriyasında çıxış edən "Krotoni"yə 1.80 milyon avro qarşılığında keçib.

İtaliya təmsilçisi futbolçunu 2021-ci ildə İsraildən "Beytar Yerusalem"ə 500 min avro qarşılığında satıb. Yankoviç 1 il sonra 350 min avro qarşılığında "Hapoel"ə keçib.

Marko Yankoviç bu mövsüm "Qarabağ" forması ilə çıxdığı beş oyunda iki qolla yadda qalıb.

Избранный
12
sportinfo.az

1Источники