RU

"Mançester Siti" Cianluici Donnarummanı transfer etdi

İngiltərənin “Mançester Siti” klubu İtaliya millisinin və PSJ-nin qapıçısı Cianluici Donnarummanın transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  tərəflər arasında imzalanan müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

25 yaşlı qolkiperin transferi “şəhərlilər”ə 39 milyon avroya başa gəlib.

Donnarumma ötən mövsüm PSJ-nin heyətində bütün turnirlər üzrə 47 oyunda meydana çıxıb və onlardan 17-də qapısını toxunulmaz saxlayıb. O, əsas heyətdə yer uğrunda rusiyalı qapıçı Matvey Safonovla rəqabət aparıb.

Təcrübəli qolkiper PSJ ilə dörd dəfə Fransa çempionu, iki dəfə ölkə kubokunun qalibi, üç dəfə isə Superkubokun sahibi olub. Paris təmsilçisinin heyətində UEFA Çempionlar Liqasının da qalibi olan Donnarumma, “Milan”la İtaliya Superkubokunu qazanıb. O, İtaliya millisi ilə Avropa çempionluğu da yaşayıb.

Qeyd edək ki, bir müddət əvvəl “Mançester Siti” braziliyalı qapıçı Edersonun klubdan ayrıldığını açıqlamışdı. O, karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirəcək.

Избранный
57
90deqiqe.az

1Источники