Putin özünün və Yanukoviçin açıqlaması vasitəsilə sanksi Qərbə mesaj göndərir ki, Rusiya Ukraynanın Avropa qurumlarından birinin üzvlüyünü əngəlləməyəcək. Halbuki, Ukraynada ikinci Maydan hərəkatı məhz Putinin Viktor Yanukoviçə təzyiqi nəticəsində onun Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqdan imtina etməsiylə başlamışdı. Putin üstündən illər keçdikdən sonra yeni açıqlamasıyla Ukraynanın Avropa Birliyinə üzvlük məsələsində güzəştə hazır olduğunu demək istəyib. Məsələ burasındadır ki, Avropa İttifaqı Ukraynaya siyasi, iqtisadi və müəyyən qədər hərbi dəstək versə də, bu ölkəni təşkialata üzv qəbul etməyə hazır deyil. Putin də bunu bildiyindən topu onların meydanına atıb".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта