RU

Yanukoviç niyə Putinin təlimatıyla hərəkət edir? -

Ukraynanın qaçaq keçmiş prezidenti Viktor Yanukoviçin uzun fasilədən sonra yayımladığı videomüraciət Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə həyata keçirilib. Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, Yanukoviç dövlət başçısı olduğu illərdə Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləsə də, NATO-ya üzvlüyün fəlakətə gətirib çıxaracağını bildirmişdi. “Eyni sözləri Kreml rəhbəri də Çində Slovakiya baş naziri Robert Fitso ilə görüşdə səsləndirdi: “Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxmayıb. NATO-ya gəlincə, bu başqa məsələdir, burada söhbət Rusiyanın təhlükəsizliyindən gedir,” – deyə Elxan Şahinoğlu vurğulayıb. Politoloqun fikrincə, Putin həm özünün, həm də Yanukoviçin açıqlamaları ilə Qərbə mesaj göndərmək istəyir ki, guya Rusiya Ukraynanın Avropa qurumlarından birinə üzvlüyünü əngəlləməyəcək. Halbuki, Ukraynada ikinci Maydan hərəkatı məhz Putinin Yanukoviçə təzyiq edərək onun Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqdan imtina etməsi ilə başlamışdı.

“Putin illər sonra verdiyi açıqlama ilə Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsində güzəştə hazır olduğunu göstərməyə çalışır. Amma məsələ ondadır ki, Avropa İttifaqı Ukraynaya siyasi, iqtisadi və qismən hərbi dəstək versə də, hələlik bu ölkəni təşkilata üzv qəbul etməyə hazır deyil. Putin də bunu bildiyindən topu onların meydanına atır,” – Şahinoğlu əlavə edib.

Избранный
9
6
metbuat.az

10Источники