RU

Rusiya Avropaya hücum edəcək? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Avropaya hücum planları ilə bağlı yayılan iddiaları rədd edib.

Redaktor.az bu barədə xarici KİV-ə istindla xəbər verir.

O bildirib ki, Rusiyanın heç kimə hücum etmək niyyəti yoxdur.

Putin bu fikirləri Çinin paytaxtı Pekində Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşü zamanı səsləndirib. Görüşün mətbuata açıq hissəsində çıxış edən dövlət başçısı Ukraynaya təhlükəsizlik təminatları mövzusunda konsensus əldə oluna biləcəyini vurğulayıb.

“Ukraynanın təhlükəsizliyi Rusiyanın təhlükəsizliyi bahasına təmin edilə bilməz. Rusiya Ukraynanın NATO-ya üzvlüyünü qəbuledilməz hesab edir”,- deyə Putin qeyd edib.

Onun sözlərinə görə, Kiyev Rusiya tərəfindən Ukrayna infrastrukturuna endirilən zərbələrə cavab olaraq Rusiyaya zərər vurmağa çalışır, lakin bu proses Moskvanın tərəfdaşlarına da ciddi təsir göstərir. Putin əlavə edib ki, Rusiya uzun müddət Ukraynanın enerji infrastrukturuna hücumlarına dözüb, lakin sonradan sərt cavab verməyə başlayıb.

Qərb ölkələrində yayılan iddialara münasibət bildirən Rusiya lideri vurğulayıb: “Rusiyanın Avropaya hücum etmək planı yoxdur. Bizim kiməsə hücum etmək niyyətimiz yoxdur”.

Nuriyyə NATİQQIZI

Избранный
2
redaktor.az

1Источники