Bu mövzu da politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: " Bu gün Ermənistanda yenidən revanşistlər köhnə bayatıları söyləməklə məşğuldurlar və yenə də qondarma qurumla bağlı bəyanatlar səsləndirirlər. Hesab edirəm ki, bunun heç bir əhəmiyyəti yoxdur. O dəftər qapanıb, məsələ bitib. Dünən də ATƏT-in Minsk qrupu ləğv olundu. Bu o deməkdir ki, məsələ beynəlxalq gündəlikdən də çıxıb. Hesab edirəm ki, Ermənistan hakimiyyəti də bu məsələlərə adekvat reaksiya verəcək və bu, onların rəsmi mövqeyi deyil. Bu tip məsələlərlə də düşünmürəm ki, sülh prosesinə əngəl olmaq mümkün olsun. Hər halda, Ermənistan hakimiyyəti də məsələyə mövqeyini göstərəcək. Nikol Paşinyan bəyan edib ki, onlar üçün Qarabağ məsələsi bitmiş sayılır".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31