RU

ŞƏT zirvəsində 60 dəqiqəlik “limuzin diplomatiyası”... Bu görüşdən sonra Modi Azərbaycanın təşkilata üzvlüyünü blokladı - Təsadüfmü...


Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində apardıqları ikitərəfli danışıqlar zamanı Rusiya istehsalı olan “Aurus”da gəzintiyə çıxıblar.

ŞƏT zirvəsinə gedən Modi və Putin 15 dəqiqə yol gediblər, daha sonra avtomobildə daha 45 dəqiqə söhbət ediblər. “Bloomberg” mənbələrə istinadən yazır ki, bu gecikmə səbəbindən ŞƏT-in cədvəlində dəyişiklik edilib.

Modi və Putinin “limuzin diplomatiyasında” nələrin müzakirə edildiyi isə açıqlanmır. Bu görüş Trampın Rusiyaya görə, Hindistana təzyiqləri artırdığı bir vaxtda təsadüf edir.

Onu da vurğulayaq ki, “limuzin diplomatiyasından” sonra ŞƏT zirvəsinə qatılan Modi Azərbaycanın təşkilata üzvlük müraciətini bloklayıb. Pakistan isə Hindistanın Azərbaycanla bağlı bu hərəkətinə cavab olaraq, Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb.

TAHİR

Избранный
82
baki-xeber.com

1Источники