RU

Tramplar ailəsi bir gündə rekord səviyyədə varlanıb

AzVision.az “The Wall Street Journal (WSJ)” nəşrinə istinadən xəbər verir ki, bu, Trampın bütün daşınmaz əmlakının dəyərindən qat-qat artıqdır.

Qeyd edək ki, $WLFI tokeni 2024-cü ilin oktyabrında Donald Tramp və onun oğulları Erik və Donald Tramplara məxsus olan mərkəzləşdirilməmiş “World Liberty Financial” platforması tərəfindən istifadəyə verilib.

“Eyni zamanda, bazarda bütün tokenlərin satışından əldə edilən gəlirin 75%-i birbaşa Tramp ailəsinə gedir. Beləliklə, hələ birjada token buraxılmazdan əvvəl investorlar 750 milyon dollara “World Liberty” tokenlərini alıblar. Beləliklə, ABŞ prezidentinin ailəsi bu layihədən artıq 500 milyon dollara yaxın gəlir əldə etmişdi”,- qəzet yazır.

Hazırda Tramplar ailəsinə bazar dəyəri 5 milyard dollardan çox olan 22,5 milyard WLFI tokeni məxusudur.

Donald Trampın karyerası boyu əsas biznesi daşınmaz əmlak olub. “Trump Organization” şirkəti Nyu-Yorkdakı məşhur Trump Tower, Mar-a-Lago mülkü, Trump Park prospektindəki lüks mənzillər, “Trump Tower”ə bitişik ticarət mərkəzi binası və Seven Springs mülkünün sahibidir. Bu ilin əvvəlinə onların ümumi dəyəri təxminən 1,6 milyard dollar təşkil edib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
42
1
azvision.az

2Источники