RU

Teleqramın Azərbaycan seqmenti üzrə virus linklər yayılır

Son günlərdə Teleqramın Azərbaycan seqmentində viruslu linklərin yayılmağa başladığı müşahidə olunur.

Operativ Media xəbər verir ki, bu linklərə daxil olduqda, istifadəçilərin adından avtomatik olaraq dostlarına oxşar mesajlar göndərilir.

Bu isə o deməkdir ki, dostlar bu mesajlara klik etdikdə, onların adından da, başqalarına mesajlar göndərilir və beləliklə virus sürətlə yayılmağa başlayır.

İstifadəçilərə şübhəli linklərə daxil olmamağa və yalnız etibarlı mənbələrdən gələn mesajlara diqqət etməyə çağırılır.

Избранный
21
operativmedia.az

1Источники