NATO-nun baş katibi Mark Ryutte Rusiyanın bütün Avropa üçün ciddi təhlükə yaratdığını bəyan edib.
Editor.az xəbər verir ki, Onun sözlərinə görə, Rusiyanın raketləri Haaqaya 5–10 dəqiqə ərzində çata bilər.
The Guardian xəbər verir ki, Ryuttenin bu açıqlaması onun Lüksemburqa rəsmi səfəri çərçivəsində keçirilən mətbuat konfransında səslənib.
NATO rəsmisi həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin olduğu təyyarə ilə bağlı son insidentə toxunub. Belə ki, həmin uçuş zamanı təyyarənin GPS sistemi sıradan çıxarılıb və bu məsələdə Rusiyadan şübhələnirlər.
Ryutte qeyd edib ki, Alyans bu kimi hallara ciddi yanaşır və hibrid təhdidlərə qarşı mübarizəni gücləndirir.
//Samir Qurbanov, Editor.az