RU

Türkdilli Dövlətlərin III Universiadasında Azərbaycan 9 cüdoçu ilə mübarizə aparacaq

3–9 sentyabr tarixlərində Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin III Universiadası keçiriləcək. 

Operativ Media xəbər verir ki, multi-idman turnirinin cüdo yarışlarında Azərbaycan ümumilikdə 9 çəki dərəcəsində 9 cüdoçu (7 kişi, 2 qadın) ilə təmsil olunacaq.

Yarışda cüdoçularımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və yeniyetmə qızlardan ibarət yığmanın məşqçisi Əmrah Əhmədov rəhbərlik edəcək. 

Heyəti təqdim edirik:

Kişilər 

-60 kq

Bahadır Feyzullayev

-66 kq

Nurlan Kərimli

-73 kq

Mehdi Cəfərov 

-81 kq 

Mehdi Abbasov

-90 kq

Cəsur İbadlı 

-100 kq

Əli Qazıməmmədov

+100 kq

Qurban Məmmədli 

Qadınlar 

-48 kq

Könül Əliyeva

-70 kq

Südabə Ağayeva 

Избранный
17
operativmedia.az

1Источники