RU

Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib (FOTO)

Bakı. Trend:

Ankarada Azərbaycan Respublikasının Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və SosialMüdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsindəəməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 12-ci iclasıkeçirilib.

Bu barədə Trend-əƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumatverilib.

İclasdan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri AnarƏliyev və Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanıngörüşü olub. Görüşdə sosial sahədə ikitərəfli əməkdaşlığın mövcudvəziyyətinə, növbəti iclasın gündəliyinə dair fikir mübadiləsiaparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Birgə DaimiKomissiyanın iclasında Azərbaycan Prezidenti İlham Əliyev vəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə qardaşölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyi və 2021-ciildə imzalanmış Şuşa Bəyannaməsi ilə strateji müttəfiqliksəviyyəsinə yüksəldiyi vurğulanıb. Digər sahələrdə olduğu kimi,əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığınyüksək səviyyədə olduğu bildirilib. Ötən dövrdə bu sahələrdəimzalanmış əməkdaşlıq sənədlərinin, Birgə Daimi Komissiyanınfəaliyyətinin əlaqələrin genişlənməsində önəmi diqqətəçatdırılıb.

İclasda gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.Həmçinin qeyri-formal məşğulluğun qarşısının alınması, əməyinmühafizəsi, peşə hazırlığı, pensiya təminatı, rəqəmsal xidmətlərintətbiqi və s. sahələrdə qarşılıqlı təcrübə və məlumatmübadilələrinin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Eləcədə sosial müdafiə sahəsində əməkdaşlığa dair ötən dövrlərdəimzalanmış Sazişin hər iki ölkədə əmək və sosial müdafiəsahələrində son illər aparılan islahatlar, rəqəmsal xidmətlərininkişafı fonunda müasir tələblərə uyğun şəkildə yenilənməsininməqsədəuyğun olduğu bildirilib.

Anar Əliyev və Vedat İşıkhan keçirdikləri brifinqdə Komissiyanıniclasının yekunları barədə məlumat verib, ortaq maraq doğuransahələrdə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyinidiqqətə çatdırıblar.

Sonra nazirlər Birgə Daimi Komissiyanın 12-ci iclasınınProtokolunu imzalayıblar. Sənədə əlavə olunan 2026-2027-ci illərüzrə Tədbirlər Planında iki Nazirlik arasında qeyd edilən dövrdəaktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, əlilliyi olanşəxslərin və digər həssas qrupların məşğulluğunun artırılması, əməkmiqrasiyası, əməyin mühafizəsinin təkmilləşdirilməsi və təliminfrastrukturunun inkişafı, qeyri-formal məşğulluğun qarşısınınalınması, pensiya təminatı, sosial sığorta, əmək bazarınınmonitorinqi və proqnozlaşdırılması, rəqəmsal texnologiyalarıntətbiqi və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətləri,məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapıb.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində TürkiyəAerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə də tanış olub.

Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Избранный
14
13
az.trend.az

10Источники