RU

“1 il əvvəl söydüyün klub indi şərəfli oldu?” Ahmet Çakar

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kerem Aktürkoğlu Türkiyənin gündəmində qalmağa davam edir.

Fanat.Az xəbər verir ki, "Fənərbağça"nın yeni transferi Kerem Aktürkoğlu barədə tanınmış futbol şərhçisi Ahmet Çakar çox sərt açıqlamalar verib.

Çakar bildirib ki, Kerem həm “cahil”, həm də “tərbiyə problemi yaşayan” bir futbolçudur:

Ahmet Çakar:

“Keremdən soruşmaq istəyirəm: 1,5 il əvvəl söydüyün "Fənərbağça" indi necə oldu ki, sənin üçün Türkiyənin ən şərəfli klubu oldu? Bu sözlərlə əslində "Qalatasaray" da göndərmə var. Çünki Kerem, "Qalatasaray"ın çörəyini yemiş, suyunu içmiş bir adamdır.”

Tanınmış idman adamı Keremin gələcəkdə Milli komanda düşərgəsində də çətin vəziyyətə düşəcəyini qeyd edib:

“Kerem, Milli lomanda düşərgəsində "Qalatasaray"lı Abdülkerim, Yunus, Eren ilə üz-üzə gələndə onlara nə deyəcək? Onların üzünə necə baxacaq?” – deyə Ahmet Çakar əlavə edib.

Qeyd edək ki, Kerem Aktürkoğlunun "Fənərbağça" haqqında “Türkiyənin ən böyük klubu” sözləri sosial mediada da böyük müzakirələrə səbəb olub.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
2
fanat.az

3Источники