RU

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

Bakı. Trend:

Marselin mərkəzində baş verən insident nəticəsində azı beş nəfərxəsarət alıb.

Trend-in yerlimətbuata istinadən verdiyi məlumata görə, yaralılardan birininvəziyyəti ağırdır.

Hadisənin törədicisi qanuni əsaslarla Fransada yaşayan Tunisvətəndaşı olub:
"Cinayətkar saat 15:26-da polis tərəfindən zərərsizləşdirilib", –deyə prokuror qeyd edib.

Məlumata əsasən, təcavüzkar Belzans bölgəsində yerləşən oteldənödəniş etmədiyi üçün çıxarılıb, daha sonra geri dönərək əvvəlcəotaq yoldaşına, ardınca otel müdirinə və onun oğluna hücum edib.Sonra küçədə və yaxınlıqdakı kafedə insanlara bıçaqla zərbələrendirib.

Polis əməkdaşlarının xəbərdarlığına baxmayaraq, o, silahı yerəqoymaqdan imtina edib və onlara hücum etməyə cəhd göstərib.Nəticədə polis odlu silahdan istifadə edərək hücumçunuzərərsizləşdirib.

Birinci qurban – təcavüzkarın otaq yoldaşının vəziyyəti kritikolaraq qiymətləndirilir. Otel müdiri və oğlu isə xəstəxanayayerləşdirilib, həyatları üçün təhlükə yoxdur.

Hazırda hadisə terror aktı kimi dəyərləndirilmir.

Избранный
52
2
az.trend.az

3Источники