RU

İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb

İsrail Qəzza zolağında quru əməliyyatına start verib.

Bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bəyan edib.

"Biz əməliyyat çərçivəsində zərbələri daha da gücləndirməyə hazırlaşırıq. Məhz bu səbəbdən sizi buraya topladıq. Artıq Qəzzada quru əməliyyatına başlamışıq", – deyə o, son həftələrdə hərbi xidmətə çağırılan ehtiyatda olan əsgərlərə müraciətində bildirib.

Eyni zamanda İsrailin Baş naziri Benyamin Netanyahu da ehtiyat qüvvələrinə və onların ailələrinə səslənib:

"İsrail Müdafiə Ordusunun hər bir əsgərinə, ehtiyatçılara və ailələrinizə dərin təşəkkürümü bildirirəm. Hazırda ölkəmiz həlledici bir mərhələdədir. Mən sizə inanıram, sizə güvənirəm və bütün xalq sizin arxanızdadır", – deyə Netanyahu videomüraciətində vurğulayıb.

Избранный
57
14
far.az

10Источники