İsveçrə növbəti dəfə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. Mümkün görüş yeri kimi Cenevrə adlanır.
İsveçrə Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar platforması kimi çıxış etməyə hazırdır. Bu barədə sentyabrın 2-də ölkə prezidenti Karin Keller-Sutter bildirib.
Xatırladırıq ki, avqust ayında İsveçrə Xarici İşlər Nazirliyi ən qısa zamanda Rusiya Federasiyası və Ukrayna prezidentləri arasında görüş təşkil etməyə hazır olduqlarını açıqlamışdı. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Vladimir Putin və Vladimir Zelenski ilə İsveçrədə görüşmək imkanını açıqlamışdı.