RU

Aşağı liqa klubu türkiyəli baş məşqçi ilə müqavilə müddətini uzatdı

Azərbaycanın 2-ci Liqa təmsilçisi “Xankəndi” klubu baş məşqçi İbrahim Uzunca ilə müqavilə müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Ötən mövsüm komandanı Region Liqasının çempionu edən 63 yaşlı mütəxəssislə bir illik anlaşma imzalanıb.

Uzunca karyerası ərzində Azərbaycanda “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo” komandalarını çalışdırıb.

Türkiyədə isə “Adana Dəmirspor”, “Kayseri Ərciyəsspor”, “Pozantı Gənclik”, “Kadirli Dəmir”, BÇ “Mimaroba” (“Küçükçekmece”) və “Osmaniyəspor”da baş məşqçi kimi fəaliyyət göstərib.

Избранный
27
sportinfo.az

1Источники