RU

Yumurtanın sağlamlığa faydaları bildiyimizdən dahaÇOXDUR

Dietoloq Ronan Araujo bildirib ki, yumurta çox vaxt qanda xolesterinin yüksəlməsinə və bunun nəticəsində ürək-damar xəstəliklərinin riskinin artmasına görə günahlandırılır.

Redaktor.az xəbər verir ki, həkim Terra nəşrinə müsahibəsində bu haqda danışıb.

“Qidalanmada hər şeydə olduğu kimi, əsas məsələ balansdır. Gündə bir-iki yumurta müxtəlif və balanslı rasionun tərkibində qəbul olunduqda, sağlamlığa böyük fayda verir və əvvəllər ona aid edilən riskləri daşımır”, - deyə Araujo izah edib.

Mütəxəssisin sözlərinə görə, yumurtanın faydalı xüsusiyyətləri arasında yüksək zülal tərkibi xüsusi yer tutur. Zülal maddələr mübadiləsini yaxşılaşdırır, əzələlərin bərpasına kömək edir. Bundan əlavə, yumurta tərkibindəki fosfor, sink və selen antioksidant xüsusiyyətlərə malikdir və immuniteti gücləndirir.

Araujonun sözlərinə görə, yumurtanın istifadəsi həmçinin beyin və ürək fəaliyyətini yaxşılaşdırır, katarakta riskini azaldır.

Aytəkin TOFİQQIZI

Избранный
91
redaktor.az

1Источники