RU

Azərbaycan – Türkiyə əmək və sosial müdafiə əməkdaşlığı

Ankarada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 12-ci iclası keçirilib.

İclasdan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın görüşü olub. 

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Birgə Daimi Komissiyanın iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə qardaş ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyi və 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. 

İclasda gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub. Həmçinin qeyri-formal məşğulluğun qarşısının alınması, əməyin mühafizəsi, peşə hazırlığı, pensiya təminatı, rəqəmsal xidmətlərin tətbiqi və s. sahələrdə qarşılıqlı təcrübə və məlumat mübadilələrinin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. 

Anar Əliyev və Vedat İşıkhan keçirdikləri brifinqdə Komissiyanın iclasının yekunları barədə məlumat verib, ortaq maraq doğuran sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini diqqətə çatdırıblar.

Sonra nazirlər Birgə Daimi Komissiyanın 12-ci iclasının Protokolunu imzalayıblar.

Избранный
13
15
xalqqazeti.az

10Источники