RU

Naxçıvanda aksiz markasız tütün məmulatlarını satanlar saxlanılıb

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Məlumatı DİN mətbuat xidməti verib. 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yaşlı Fərhad Əliyev, Ağalar Əliyev, 28 yaşlı Əhliman Səfərov, 34 yaşlı Heydər Qurbanov və 62 yaşlı Nazim Novruzovun xarici ölkədən qanunsuz yollarla gətirilmiş, üzərində aksiz markası olmayan 40000 manat dəyərində 25000 qutu tütün məmulatlarını satışa çıxardıqları müəyyən olunub. Həmin şəxslər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Faktlarla bağlı, araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Избранный
27
21
xalqqazeti.az

10Источники