RU

Paytaxtda bərk məişət tullantılarının yığılması layihəsinə daha bir rayon da qoşulub (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin kommunal sahədə islahatlarıngenişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Bakı Şəhərİcra Hakimiyyətinin (BŞİH) həyata keçirdiyi bərk məişəttullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsiuğurla davam etdirilir.

BŞİH-dən Trend-ə verilən məlumata görə, bu layihəyə bu iliniyun ayından artıq 10-cu rayon – Xəzər rayonu da qoşulub.

Bildirilib ki, bununla əlaqədar Xəzər Rayon İcra Hakimiyyətindəmüşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Ayaz Hüseynov,Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Bakı şəhər vəXəzər rayonunun kommunal sahələrinin rəhbərləri və ərazi üzrənümayəndələrinin iştirak etdiyi müşavirədə layihənin gedişatımüzakirə edilib,müşahidə olunan müsbət dinamika vurğulanıb.

Çıxış edənlər qeyd edib ki, layihə Prezident İlham Əliyevintapşırıqları əsasında bütün paytaxt ərazisində uğurla tətbiqolunur. Bakı şəhərinin kommunal strukturlarının maddi-texnikibazası gücləndirilir və bu da öz növbəsində layihəni uğurla tətbiqetmək üçün imkan yaradır.

Müşavirədə həmçinin bəzi qəsəbə üzrə nümayəndələrinə işlərindaha da gücləndirilməsi tapşırığı verilib.

Paytaxtda
Paytaxtda
Paytaxtda
Избранный
168
8
az.trend.az

10Источники