RU

“Şəhərə gəlmək böyük problemdir” Deputat tıxacdan danışdı

ain.az, Cebheinfo saytına istinadən bildirir.

“Ötən ilin payızında Sumqayıt-Bakı yolunda tıxac Xırdalan qəbiristanlığı və ya “Ekologiya postu”nun yanında başlayırdı. 

Bu il sentyabrda isə az qala Bakı Mühəndislik Universitetinin yanında başlayır. Şəhər ətrafında yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir”.

“Cebheinfo.az" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasıın sədri, deputat Razi Nurullayev deyib.

O bildirib ki, Binəqədi yolundan keçmək mümkün deyil:

“İki aydır ki, yol qazılır, amma bir türlü başa çatdırılmır. Bir km yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?

Nəqliyyat və yol ilə bağlı işlər görülür, məncə işlərin daha da sürətlənməsinə və 24 saatlıq iş rejiminə keçməsi lazımdır ki, layihələr daha tez bitsin. Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”.

Əfsanə Rəcəb

“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
110
25
cebheinfo.az

10Источники