RU

Abşeron Mərkəzi Xəstəxanasında BİABIRÇI VƏZİYYƏT - "Sistem çökdü, xaos yarandı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xırdalanda yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında izdiham və xaos yaşanır.
Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, səhər saatlarından sistem çökdüyü üçün uzun-uzadı növbə yaranıb, vətəndaşlar gözləmək məcburiyyətində qalıblar.
"Sistem çöküb. Çox sayda insan növbə gözləyir. Söz deyəndə də, bildirirlər ki, sistem çöküb gözləyin", - şikayətdə bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl də sakinlər redaksiyamıza müraciət edərək Abşeron Rayon Mərkəzi Xəstəxanasında yaranan xaosdan şikayətçi olduqlarını bildirmişdilər. Səbəb isə xəstəxanada elektron növbə sisteminin tətbiq olunmaması göstərilmişdi.
Sözügedən xaosdan görüntünü təqdim edirik:
Aygün Mirakif
Избранный
54
5
oxu.az

5Источники