1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sentyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Hanoy şəhərində yerləşən "Qəhrəmanlar və Şəhidlər abidəsi" və prezident Ho Çi Minin mavzoleyi ziyarət edilib, əklillər qoyulub.
Daha sonra müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Tan Ngiem ilə görüşüb.
Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda general-polkovnik Z.Həsənov HDQ briqadasını və "Ha Long" buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.




