Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 4-də Fransanın paytaxtı Parisə səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı bir sıra işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, avqustun 29-da Ermənistan Təhlükəsizlik Şurasının katibi İrana səfər edib. İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşdə Armen Qriqoryan avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri təqdim edib.
Nurlana ƏhmədovaMissiya.Az