RU

Husi üsyançıları Təl-Əvivdəki hədəflərə ballistik raket zərbələriendirdilər

Yəməndə yerləşən Ənsar Allah hərəkatının husi üsyançıları iki hipersəs ballistik raketdən istifadə etməklə Təl-Əvivdəki hədəflərə endirilən zərbəyə görə məsuliyyəti öz üzərinə götürüblər.

Redaktor.az xəbət verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Sərya bildirib.

Sərya əlavə edib ki, hücumda Husilərin ikinci dəfə istifadə etdiyi təkrar giriş vasitəsi olan Fələstin-2 yeni hazırlanmış hipersəs ballistik raketi və Zülfiqar ballistik raketi iştirak edib. Sözçünün sözlərinə görə, İsrail sakinləri sığınmağa məcbur edildiyindən və Ben Qurion hava limanının fəaliyyəti dayandırıldığı üçün əməliyyat “məqsədlərinə uğurla nail olub”.

Aminə Şahsuvarqızı

Избранный
71
31
redaktor.az

10Источники