RU

ChatGPT-nin işində problem yarandı

ChatGPT-nin işində problem yarandı

Amerikanın OpenAI şirkəti tərəfindən hazırlanmış ChatGPT çatbotunda qəza baş verib.

AFN.az xəbər verir ki, qəzanın nəticələri bir sıra ölkələrdə müşahidə olunub.

Bu barədə məşhur internet resurslarının işinə nəzarət edən Downdetector portalı məlumat yayıb.

Bildirilir ki, ən çox şikayət Hollandiyadan olan istifadəçilərdən (2,7 mindən çox) daxil olub. İstifadəçilərin 82%-i ChatGPT-nin işində fasilələr olduğunu, 15%-i saytın işləməsində problem olduğunu, digər 3%-i isə proqrama daxil olmaqda çətinlik çəkdiyini bildirib.

Çatbot nasazlıqları Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ, Yaponiya və bir sıra digər ölkələrdə də qeydə alınıb.

Избранный
77
1
afn.az

2Источники