RU

Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTv-yə köçürülür

Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq.

APA-nın əldə etdiyi məlumata görə, radionun fəaliyyətində fasilə yaranmasın deyə, Azərbaycan Televiziyasının (AzTv) binasında əməkdaşlar işlərini davam etdirəcəklər.

AzTv-nin Mətbuat xidməti faktı APA-ya təsdiqləyib.

Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir:

“Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki, məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər”.



Избранный
139
27
apa.az

10Источники