RU

"Neftçi" cərimələndi, futbolçusu cəzalandırıldı

AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu İqor Ribeyronu üç oyunluq cəzalandırıb.

Publika.az xəbər verir ki, buna müdafiəçinin Azərbaycan Premyer Liqasının III turunda, "Turan Tovuz"la oyunda qırmızı vərəqə alması səbəb olub.

Oyunçu matçın 55-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza ilə üzləşib. "Ağ-qaralar" isə 3000 manat cərimələnib.

Paytaxt təmsilçisi azarkeşlərin meydana kənar əşyalar atmasına görə əlavə 2000 manat ödəyəcək.

Избранный
47
14
publika.az

10Источники