
AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu İqor Ribeyronu cəzalandırıb.
Reyting.az xəbər verir ki, qərar qurumun bugünkü iclasında qəbul edilib.
Qeyd olunub ki, 25 yaşlı müdafiəçi “Turan Tovuz”la oyunun 55-ci dəqiqəsində təcavüzkar davranışa yol verib (rəqibi vurub).
Nəticədə o, birbaşa qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi bu səbəbdən də braziliyalı futbolçunu 3 oyunluq cəzalandırıb.
Paytaxt təmsilçisi isə 3000 manat cərimələnib.
Qeyd edək ki, futbolçu bu il avqust ayının 1-də “Araz-Naxçıvan”dan “Neftçi”yə keçib.