RU

Universitetlərimiz sabahın yeni peşələri üzrə kadr hazırlamağa hazırdırmı?


Texnoloji inkişaf , xüsusənrəqəmsallaşmaəmək bazarını sürətlə dəyişdirir. Bir çox peşələrəmək bazarından çıxır, əvəzinə yeni peşələr gəlir.Hətta bazardan çıxan peşələrin yerinə hansı yeni peşələrin gələcəyi də hələlik qeyri-müəyyəndir. Bu proseslər elə sürətlə baş verir ki, hətta dünyanınlideruniversitetləri beləbu inkişaf tempinə vaxtında reaksiya verib, yenipeşələr üzrə təhsil proqramları tərtib edib, vaxtında kadr hazırlamağa imkan tapmırlar. Artıq ali məktəblər əmək bazarını qabaqlaya bilmir, onun arxasınca sürünür.

O ki, qaldı bizim yerli universitetlər, onlar nə vaxt köhnə peşələr üzrə keyfiyyətli kadr hazırladılar ki, indi də yeni peşələr üzrə də “ ortabab” kadr hazırlasınlar.

Sabahın yeni peşələri üzrə kadr hazırlamağı düşünən universitetlər, bu gün nə etməlidir? Buna hazırdırmı?
ETN bu haqda nə düşünür? Heç nə!
ETN-i bu haqda düşünməyə dəvət edirik.
Həmişəki kim "nə etmək lazımdır, biz bunu bilmirik" deməsinlər deyə, ilkin mərhələdə düşünülməli sualları və edilməli işləri sadalayırıq:
1. Sabahın peşələri üzrə kadr hazırlamaq üçün universitetlərin strategiyası necə olmalıdır? Bu strategiyanı kimlər və nə vaxt hazırlayacaq? Artıq çox vaxt itib.
2. Sabahın peşələri üzrə kadr hazırlamaq üçün universitetlərin transformasiyasına ehtiyac var. Belə transformasiyanı kimlər və nə vaxt edəcək? Belə komandalar varmı? Kim və nə vaxt hazırladı bu komandaları?
3. Bu transformasiya proseslərini universitetdə təşkil və idarə etmək üçün ETN-nin öz strategiyası varmı? Nədən ibarətdir bu yeni strategiya ?
4. ETN bütün bu mürəkkəb prosesləri yenə də elmsiz, strategiyasız, plansız, ictimai əsaslarla, maliyyəsiz, kor-təbii və səmərəsiz "reallaşdırmaq" istəyir?
5. ETN əvvəlki illərdə dostlara verdiyi qrantlarla təhsilin elmi təminatı problemlərini tam "həll etmişdi." Yəqin, ETN dostlara verəcəyi bu ilki qrantlarla da təhsilin gələcək "problemlərini həll edər".
6. Neft pullarının bolluğu şəraitində "neft kapitalını insan kapitalına çevirmək" missiyasını 20 ilə reallaşdıra bilməyən ETN, neft pulları tükəndiyi mərhələdə, biliklər iqtisadiyyatının əsasını yaratdığı yeni peşələrə uyğun insan kapitalı yarada biləcəkmi?
Hansı komanda ilə bunu edəcək?
Dosent: İlham Əhmədov

Избранный
252
baki-xeber.com

1Источники