RU

Ukrayna və Danimarka birgə raket və dron zavodu inşa edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Danimarkada raket və dron istehsalı üçün yeni zavodun tikildiyini açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə o, Danimarka Baş naziri Mette Frederiksen ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Danimarkada raket və dron istehsalı üzrə yeni zavod inşa olunur. Mette, dəstəyiniz üçün təşəkkür edirəm”, – Zelenski deyib.

Prezident əlavə edib ki, Latviya, Litva və digər ölkələr də eyni yolu izləyərək Ukrayna ilə birgə zavodlar qurmağı planlaşdırır.

//Samir Qurbanov, Editor.az

Избранный
118
editor.az

1Источники