RU

FİFA “Atletik”in Laportu yenidən qeydiyyata almasına icazə vermədi

“Atletik” klubu "Əl Nəsr"in müdafiəçisi Emerik Laportun qeydiyyatı ilə bağlı açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,, FİFA İspaniya Futbol Federasiyasının müraciətinə rədd cavabı verib və ispan futbolçunun yenidən “Atletik”də qeydiyyata alınmasına imkan tanımayıb.

Xatırladaq ki, sentyabrın ilk günündə bask klubu futbolçunun transferi üçün FİFA-nın TMS platforması üzərindən sorğu göndərmişdi. Lakin “Əl-Nəsr” tərəfi sənədləri vaxtında təqdim edə bilməyib. Sonradan Federasiya FİFA-dan istisna hal kimi icazə istəyib, amma müraciət qəbul edilməyib.

Beləliklə, “Atletik” Laportu bu mövsüm üçün qeydiyyatdan keçirə bilməyəcək. Klub rəhbərliyi əlavə edib ki, transferin ləğvi heç bir maliyyə itkisinə səbəb olmayacaq.

Избранный
154
90deqiqe.az

1Источники