RU

Kofe almağa çıxdı, geri qayıtmadı Oçoanın transferi baş tutmadı

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İspaniya futbolunda daha bir maraqlı hadisə yaşanıb.

Fanat.Az xəbər verir ki, meksikalı qapıçı Gilermo Oçoanın Sequnda təmsilçisi “Burqos” ilə müqavilə imzalaması gözlənilsə də, transfer gözlənilməz şəkildə pozulub.

İspaniyalı jurnalist Serxio Qonzales Pulqarın məlumatına görə, Oçoa müqavilədə bəzi detallarda dəyişiklik edilməsini istəyib. Daha sonra futbolçu qısa müddətlik kofe almaq üçün zalı tərk edib və bir daha geri qayıtmayıb.

Beləliklə, tərəflər arasındakı danışıqlar nəticəsiz qalıb və Meksika millisinin qapıçısının “Burqos”a transferi reallaşmayıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
fanat.az

1Источники