RU

Bakıda şok olay: qadın bıçaqla Həsənovun evinə gəldi və… – VİDEO

Tanınmış bloger Hüseyn Həsənovun hədələndiyini bildirib.

Bu barədə o, İnstaqram hesabında paylaşım edib.

Bloger bildirib ki, əli bıçaqlı qadın evinin qapısını döyərək onu ölümlə hədələyib.

Həsənovun sözlərinə görə, həmin qadın sosial şəbəkədə ona bir neçə ay yazırmış:

“Onun mesajlarını başa düşmürdüm. Bu gün o, evimə bıçaqla gəldi. Onun həyatını puç etməmək üçün üzünü gizlətmək qərarına gəldim”.

“Sən sevgili tapa bilmirsən, çünki ruhun mənə bağlıdır”, – deyə naməlum qadın iddia edib. O, blogerdən başqaları ilə münasibət qurmamağı tələb edib və itaətsizlik halında onu öldürməklə hədələyib.

“Mən onun kim olduğunu bilmirəm. Əgər yaxınlarından kimsə bu sözləri oxuyursa, söhbətin kimdən getdiyini bilirsə, zəhmət olmasa, onu klinikaya göndərsin. Onun köməyə ehtiyacı var”, – Həsənov əlavə edib.

//Globalinfo

Избранный
49
editor.az

1Источники