BAKI, 4 sentyabr. TELEQRAF
ABŞ 2030-cu illərin əvvəlində Marsa astronavtlar göndərməyə ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri - Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) direktoru vəzifəsini icra edən Şon Daffi bildirib.
"Biz Ayda baza qurmaq və sonra 2030-cu illərin əvvəlində Marsa getmək istəyirik", - o, “Fox News” telekanalına müsahibəsində deyib.
Xatırladaq ki, daha əvvəl Daffi Donald Trampın prezidentlik müddəti bitənə qədər astronavtların Aya eniş etməsini həyata keçirməyi planlaşdırdıqlarını söyləyib.