RU

ABŞ Polşaya təhlükəsizlik zəmanəti verib - Karol Navrotski

Bakı. Trend:

Polşa prezidenti Karol Navrotski Vaşinqtonda ABŞ prezidentiDonald Trampla görüşünü dəyərləndirərkən, Vaşinqtonun Varşavayatəhlükəsizlik zəmanəti verməsindən xüsusi məmnunluq ifadə edib.

Trend-i məlumatına görə, bu barədə Polşanın "Polsat" televiziyakanalı xəbər verib.

"Prezident Tramp, və bu məni xüsusilə sevindirir, Polşayatəhlükəsizlik zəmanəti verib və hərbi sahədə əməkdaşlığımızı qeydedib", - deyə o bildirib.

"Mən bu görüşü böyük uğur hesab edirəm, biz xüsusilə ABŞ-ninPolşadakı hərbi mövcudluğunun genişləndirilməsini müzakirə etdik",- deyə o bildirib.

Polşa prezidenti deyib ki, "cümə axşamı Pentaqonun rəhbəri PitHeqset və Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri SlavomirÇeçkieviç şübhəsiz ki, Polşaya fayda verəcək mövzuları müzakirəedəcəklər".

Избранный
41
az.trend.az

1Источники