RU

HƏMAS razılığa gəlmək istədiyini açıqladı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

HƏMAS nəzarətində olan bütün israilli girovların azad edilməsi üçün qarşılıqlı saziş bağlamağa hazır olduğunu bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda radikallar teleqram kanalında bəyanat yayıb.

Bunun müqabilində qruplaşma Qəzzada müharibənin dayandırılmasını, İsrail qüvvələrinin ərazidən tamamilə çıxarılmasını, humanitar yardım üçün sərhəd keçidlərinin açılmasını və Qəzzanı idarə edəcək müstəqil administrasiyanın yaradılmasını tələb edib.

İsrail tərəfi isə onların bu təklifinə cavab kimi HƏMAS-ın tərksilah və tam təslim olduğu halda belə bir razılaşmaya baxılacağını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
qafqazinfo.az

2Источники