RU

Braziliyalı iş adamı Neymara 1 milyard dollar miras qoyub

Rio Qrande-du-Suldan olan iş adamı vəsiyyətində "Santos"un hücumçusu Neymara miras qoyub.

Operativ Media bu barədə GZH portalına istinadən xəbər verir.

Sənəd 2023-cü il iyunun 12-də Porto Aleqrenin 9-cu notariat kontorunda iki şahidin və bir notarius müavininin iştirakı ilə rəsmi şəkildə icra edilib.

O, müsahibəsində “Neymarı bəyənirəm, onunla bir çox cəhətdən eyniyəm” deyib. O, səhhətində problemlərlə üzləşdiyini və bu gün nadir hesab etdiyi keyfiyyətləri futbolçuda gördüyünü də qeyd edib: “O, eqoist deyil, indiki vaxtda nadirdir”.

Mənbənin sözlərinə görə, 31 yaşlı iş adamı iki il əvvəl Neymarı özünə varisə təyin edib. Mirasın dəqiq dəyəri açıqlanmayıb, lakin aktivlərə daşınmaz əmlak, investisiyalar və şirkətin səhmləri daxildir ki , bu da 6,1 milyard real (təxminən 1 milyard dollar) dəyərindədir.

Lakin Neymarın nümayəndələri mirasla bağlı hələlik rəsmi bildiriş almadıqlarını bildiriblər.

Избранный
3
1
operativmedia.az

2Источники