Beynəlxalq Futbol Federasiyası (FİFA) bildirib ki, 2025-ci ilin yay transfer pəncərəsində klublar rekord məbləğdə pul xərcləyib.
İdman.biz-in məlumatına görə, yay transfer pəncərəsi iyunun 1-dən sentyabrın 2-dək, o cümlədən ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatı ilə əlaqədar iyunun 1-dən 10-a kimi açıq olub. Bu müddət ərzində kişilər arasında peşəkar futbolda 12 000-dən bir qədər az beynəlxalq transfer həyata keçirilib ki, bu da yeni rekorddur.
Klubların transfer xərcləri 9,,76 milyard dollara yüksəlib ki, bu da bütün dövrlər üçün rekord göstəricidir. Cari rəqəmlər 2024-cü ilin eyni dövrünün məbləğlərini 50%-dən çox üstələyib.
İngiltərə klublarının 3 milyard dollardan çox pul xərclədiyi qeyd edilir. Bu, milli assosiasiyalar arasında bütün zamanların rekordudur.
İdman.biz