RU

197 ölkədə olmuş turist səfər etdiyi "ən pis" şəhərləri açıqladı

BAKI, 4 sentyabr. TELEQRAF

Dünyanın bütün ölkələrini ziyarət edən Dryu Binski səfər etdiyi ən pis şəhərlərin siyahısını açıqlayıb.

Teleqraf xəbər verir ki, təcrübəli səyahətçi bu siyahıda birinci yerə Somalinin paytaxtı Moqadişu şəhərini layiq görüb.

Dryu Moqadişunu qayda-qanuna riayət olunmayan şəhər kimi xarakterizə edib.

"Hər dəfə hoteldən çıxanda, qarşınızda və arxanızda dörd hərbiçidən ibarət konvoy olmalıdır. Onların əynində zirehli gödəkçələr, əllərində AK-47 avtomatları olur", - turist vurğulayıb.

Dryunun siyahısını Konakri (Qvineya), Qəndəhar (Əfqanıstan), Port-o-Prens (Haiti), həmçinin Tripoli (Liviya) tamamlayır.

Səyahətçinin sözlərinə görə, Konakridə qarışıqlıq, Qəndəharda isə gərginlik atmosferi hökm sürür.

Port-o-Prensə gəlincə, turist onu "tam xaos" adlandırıb. Səyahətçi bu şəhərə quldurların nəzarət etdiyini və onlara pul ödəməli olduğunu söyləyib.

Tripolidə isə Dryu bombaların səsi altında yatıb-oyandığını qeyd edib.

Избранный
1
teleqraf.com

1Источники